Haqqımızda
Mingəçevir Dövlət Universiteti regionun ali təhsil müəssisələrindən biri olaraq müasir bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanmasına xidmət edir. Universitetin əsası 1991-ci ildə Mingəçevir şəhərində Azərbaycan Sənaye Universitetinin (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) filialının yaradılması ilə qoyulmuşdur. Filialın yaradılmasında əsas məqsəd Mingəçevir və ətraf bölgələr üçün mühəndis-texniki kadrların hazırlanması idi.
Sonrakı dövrdə bu filial müstəqil ali təhsil müəssisəsinə çevrilərək əvvəlcə Mingəçevir Energetika İnstitutu, daha sonra isə Mingəçevir Politexnik İnstitutu kimi fəaliyyət göstərmişdir. Bu mərhələdə energetika, mexanika, texnologiya və digər sənaye yönümlü ixtisaslar üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanmış, regionun sənaye potensialına uyğun kadr hazırlığı həyata keçirilmişdir.
Mingəçevirin Azərbaycanın mühüm sənaye və enerji mərkəzlərindən biri olması universitetdə tədris prosesinin praktik yönümlü təşkilinə imkan yaratmışdır. Azərbaycan İstilik Elektrik Stansiyası və digər sənaye müəssisələri ilə əməkdaşlıq çərçivəsində tələbələrin istehsalat təcrübələri təşkil edilmiş və təhsil ilə istehsalat arasında səmərəli əlaqə formalaşdırılmışdır.

Missiyamız
Dayanıqlı inkişafa töhfə verən yüksək ixtisaslı kadrlar hazırlamaq, nəticəyönümlü elmi tədqiqatlar aparmaq və cəmiyyətə faydalı sosial xidmətlər göstərmək
Komitənin fəaliyyət istiqamətləri:


